12 Nisan 2016 Salı

İvan Alekseyeviç Gonçarov - Oblomov

Rus ədəbiyyatının ən böyük əsərlərindən sayılan "Oblomov" romanı ilk dəfə 1849-cu ildə İvan Qonçarov tərəfindən, ümumi əsərin sadəcə bir bölümü olan "Oblomovun Yuxusu" bir jurnalda dərc olunur. Ancaq əsər çox uzun fasilədən sonra 1858-ci ilin qışında, sadəcə bir aylıq bir çalışma ilə tamamlanır və 1859-cu ildə "Oteçestvenniye Zapiski" jurnalının ilk dörd sayısında çap olunmuşdur. Qonçarov əsərin bir ayda tamamlanmasını isə belə açıqlayır: "Bu böyük romanın bir ay içərisində yazılması mümkünsüz kimi görünür. Ancaq unutmayın ki, bu əsəri illərcə beynimdə daşıdım və onu ancaq kağıza köçürmək qalmışdı".



Əsərin baş qəhrəmanı Oblomov, atasından miras qalan Oblomovka kəndinin sahibi olan bir əsilzadədir. Yüksək təhsil görmüşdür və bir müddər dövlət məmuru olaraq çalışsa da sonralar bezmiş və işindən ayrılmışdır. Zaman keçdikcə artıq cavanlığında xəyal etdiyi həyatdan uzaq düşmüş, yaşı otuzu keçmiş Oblomova ətrafdakı hər şey mənasız görünməyə başlamışdır.  Buradan da görüldüyü kimi əsər Oblomovun doğumundan ölümünə qədər olan həyatı əks etdirdiyi kimi, özündə nihilizm və ekzistensializm kimi cərəyanların da izlərini daşımaqdadır.  
Oblomovun bağlı olduğu əşya isə yatağıdır. Yatmaq, yatağından qalxmamaq Oblomovun yorğunluq nəticəsi ehtiyacı olan bir şey deyildi. Bu onun təbii halı idi. Hər zaman planları haqqında düşünən obrazımız, planlarını həyata keçirmək, problemlərini həll etmək üçün heç bir güc sərf etməmişdir. Yəni Oblomov düşünmək, xəyal qurmaq mərhələsini heç vaxt aşa bilməmişdir. Bunu dərk edən baş obraz, bu halına görə də vicdan əzabı çəkməkdədir. Yazar, əsərdə Oblomovun simasında rus xalqını təsvir etmiş və sahib olduğu oblomovluğun, köhnəliyin xalqı daha da geriyə sürüklədiyini deməyə çalışmış və Oblomovluğun rus xalqı üçün böyük bir bəla olduğunu bildirmişdir.

Stoltz, Oblomovun ən yaxın dostudur. Oblomovun əksinə Stoltz, daha hərəkətli və uğurlarla dolu bir həyat tərzinə sahibdir və davamlı olaraq səyahət etməkdədir.  Stoltz və onun həyat tərzi, Oblomovun yuxusudur. Çünki onu (rus xalqını) irəli aparacaq olan Stoltzdur. Stoltz, əsərdə Avropanı, Qərb insanını onun sahib olduğu ciddi və intizamlı bir həyatı təmsil etməktədir. 

Oblomovun uyuşuq həyat tərzinə son qoyan isə Stoltzun onunla tanış etdiyi Olgadır. Olga da öz düşüncə tərzi ilə Stoltza bənzəyir və Oblomovu yenidən həyata, cəmiyyətə qazandırmağa çalışır. Ancaq Olganın sevgisində ego var. Beynindəki fikirləri və hədəfləri həyata keçirdiyi üçün özü ilə fəxr etmə düşüncəsi yatır və bu fikir və hədəflərdən biri də Oblomovdur. Ancaq Oblomov və Olga eşqi ayrılıqla nəticələndiyi üçün bir müddət depressiyaya düşsə də əsərin sonunda Stoltzla evlənərək hər ikisi xoşbəxt bir həyat yaşamağı bacarırlar.

Olgadan ayrıldıqdan sonra yenə "Oblomovluq"a qayıdan Oblomov yeni kirayədə qaldığı evin sahibəsi, iki uşaq anası Agafya ilə həyatını birləşdirir. Oblomova hər zaman sadiq olan Agafya isə sadə, beyinə bağlı şəhərli bir qadındır. Agafya ilə müqayisədə Olga isə, gözəl, ağıllı və davamlı müsbət mənada dəyişən bir rus qadınını təmsil edir.

Hər nə qədər bir çox oxucu tərəfindən Oblomov tənbəl biri olaraq analiz edilsə də, romanda sırf tənbəl olan obraz Zaxardır. Oblomov düşündüklərini həyata keçirmədiyi üçün hər zaman əzab çəkmişdir ancaq Zaxar isə sadəcə tənbəl olmuş, öz keyfinə düşkün, etmədiyi işlərin nəticəsini zərrə düşünməyən və bunları vecinə almayan biridir. Oblomovluq və tənbəllik terminlərini qarşılaşdığında obrazlar üzərindən bu kimi fərqliliklər gözdən qaçmamalıdır deyə düşünürəm.

Sonda isə onu deyə bilərəm ki, hər birimizdə az vəya çox Oblomovluq vardır və millətimizə olan rus təsirinin böyük olduğunu nəzərə alsaq artıq bizim də Oblomovluqla mübarizə aparmağımızın çox mühüm olduğunu qeyd etməliyəm.  

   

2 yorum:

  1. Bu kitab Azərbaycan dilinə tərcümə olunub?

    YanıtlaSil
    Yanıtlar
    1. Bəli, Qanun nəşriyyatıdır səhv etmirəmsə. Satışda var hal-hazırda. Mən türkçə oxumuşam amma.

      Sil