25 Nisan 2016 Pazartesi

Stendhal - Qırmızı və Qara

Kitabın hər bölümü, məşhur insanlardan sitat gətirilərək başlayır. Halbuki, Stendhal bu sitatları özündən uydurmuş və bunları məşhur şəxslərin aforizmləri kimi qələmə vermişdir.

Əsl adı "Qızılı və Qara" olduğu halda yanlış təcrümə nəticəsində "Qırmızı və Qara" olaraq şöhrət qazanan romanı yazarkən Stendhal, öz həyatından ilhamlanmışdır. Napoleonun ordusunda xidmət edən hətta Moskvadakı döyüşdə sağ qalmış çox az saylı əsgərdən biri olan yazar da romanın baş qəhrəmanı, Julien kimi rahib və ya əsgər olmaq arasında dilemma yaşamışdır. Həmçinin Napoleonun ordusunda əsgər olduğunu da bilirik. Buradan da anlaşıldığı kimi Qızılı(qırmızı) rəng ordu geyiminə, qara isə rahiblərin qara cübbəsinə işarədir.

Bir şəxsiyyət olaraq insan, Stendhalın romanında bir-birinə zidd fikirlər arasında qalaraq duyğusal gediş gəlişlər yaşamaqdadır. Romanın baş qəhrəmanlarından Julien Sorel, Fransa Restovrasiya zamanında sosyal və siyasi mühitin də təsirlərini öz xarakterində canlandırır. Həm eşq, həm ümidsizlik və özü olma səyləri, bir yandan o zamanki toplumun, Julien kimi kasıb və cavan sinif nümayəndəsinin, varlı və evli bir qadına aşiq olmasına olan şahidliyi, romanın ana mövzusunu əhatə edir.  

Gənc, əzmkar, fərqli və yaraşılı olması ilə qadınları özünə cəlb edən, öz sinfinə nifrət edən, sosyal statusuna düşkün və bu statusunu yüksəltməyə çalışan, eyni zamanda aristokratları tanıdıqca içdən içə onlara nifrət edən və başlarına bəla olan, hər zaman varlığını ətrafındakı insanlara göstərməyə və sosyallaşmağa səy göstərən, sevgi və ətrafca qəbul edilən biri olmaq istəyən Julien yüksək keyfiyyətləriylə yanaşı ikiüzlü və səxtakar, əxlaqsız davranışları ilə də fikrimcə, klassik ədəbiyyatda unudulmaz obrazlar arasına adını yazdırmışdır. Bu xüsiyyətlərlə yanaşı, Julien hədəflərinə bağlıdır. Bu doğrultuda qarşılaşdığı maneələr, onlarla mübarizəsi, hər dəfəsində yüksək zümrə tərəfindən aşağı sinif nümayəndəsi olduğunun xatırladılması və üzünə vurulması və bunun kimi bir çox davranışlar, gəncliyinin də verdiyi güc və enerji ilə onu daha çox mübarizəyə təşviq edirdi. Həyata keçməyən xəyallarının altında əzilmişliyi və inciklikliyi, daxilindəki özüylə olan mübarizəsi, aşırı dərəcədə sahib olduğu qüruru, tərsliyi, yalnızlığı - bütün bunlar standart üstü bir bədii obraz  olaraq Julieni qarşımıza çıxardır. Bu qədər qarışıq və iztirab çəkən ruha sahib Julien isə, ancaq dünya insanı və zamanını mükəmməl şəkildə dərk edə bilmiş dahi bir yazıçının məhsulu ola bilərdi.


Romanın başlarından bəri baş verən hadisələr zamanın, toplum içərisində kasıb və varlı sinif mübarizəsinə olan şahidliyi görülməktədir. Hətta insanın geyim tərzi belə hansı təbəqədən olduğundan xəbər verir. Uşaqlarına Latın dili müəllimi olaraq işə başladığı ilk gün, Madam de Renal onun geyimindən necə bir yerdən gəldiyi haqqında fikir sahibi olmuşdu. Zaman keçdikcə Madam de Renalla Julien arasında eşqin başlaması və bunun qəsəbədə yayılması, nəticədə cəmiyyətin buna qarşı olan davranışı Julienin malik olduğu xarakter və arzularına tərs düşdüyü halda, Madam de Renal sevgisinin sayəsində cənnəti yaşadığı halda, ərinə, uşaqlarına olan xəyanəti, toplum qarşısındaki utancı ona həm də cəhənnəmi yaşatmışdır. Renal ailəsi ilə əlaqəni kəsən Julien, ev sahinin köməkçisi olaraq işə başlasa da burada sevilmək və eqosunu xoşnut etmək istəklər baş qaldırır və romanda ikinci bir aşiq qadın olaraq Mathilde qarşımıza çıxmaqdadır. Təbii ki, Julien sahib olduğu aşırı qürur və status sahibi olmaq yolundakı arzularının kəskinliyi ona iki qadının eşqi  arasında əzilməkdən qurtara bilmir. Nəticədə, istər eşqdə istərsə də toplum qarşısında Julienin yaşadığı ikiləm və mübarizə eyni zamanda onun ölüm səbəbidir və ölümdən qaça bilməsə də sonda özünə dəyər gördüyü sadəcə ölümdür.    
















Hiç yorum yok:

Yorum Gönder